13 
Sen
2021
17:12
528
22
6289
Virtual karabakh

Qarabağ ermənisi: “Artsax” sözü ümumiyyətlə səsləndirilməməlidir”

13 Sen, 2021
17:12
6289

Qarabağ ermənisi: “Artsax” sözü ümumiyyətlə səsləndirilməməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nikol Paşinyan indi düzgün istiqamətdə hərəkət edir. Onun əsas səhvi bu əraziləri sülh yolu ilə Azərbaycana verməməsi idi ki, bu da öz növbəsində müharibəyə gətirib çıxardı və insanların ölümünə səbəb oldu”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Ermənistan parlamentində Paşinyanın partiyasını təmsil edən deputatların parlament komissiyasının adını “Artsax” adlandırmağın əleyhinə səs verməsini şərh edən Qarabağ erməniləri hərəkatının rəhbəri Artur Ağacanov söyləyib.

Artur Ağacanov bildirib ki, “Artsax” sözü ümumiyyətlə səsləndirilməməlidir:

“Qarabağ var. Və mən bu barədə hər zaman, həmçinin öz “YouTube” kanalımdakı proqramlarda da danışmışam. İnsanların (Ermənistanda – red.) böyük əksəriyyəti başa düşür ki, bugünkü reallıqla yaşamaq lazımdır və müxalifətin təxribatlarına getmək doğru yol deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri