14 
Sen
2021
10:48
766
20
8502
Virtual karabakh

Gorus-Qafan yolunda yeni lövhə: “Azərbaycana daxil olursunuz” – FOTO

14 Sen, 2021
10:48
8502

Gorus-Qafan yolunda yeni lövhə: “Azərbaycana daxil olursunuz” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində Azərbaycan yeni lövhə quraşdırıb.

Oxu.Az-ın xəbərinə görə, Ermənistan KİV-ləri yazır ki, lövhədə üç dildə - Azərbaycan, rus və ingilis dillərində - “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” sözləri yazılıb.

Ermənistanda isterik vəziyyət getdikcə alovlanır, ölkə müharibədəki məğlubiyyətdən sonra dərin intellektual böhran da keçirir.

Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçməsi, İranla Ermənistanın quru əlaqəsində marşrutların hərəkətinə Azərbaycanın nəzarəti İrəvanda təşvişi dərinləşdirir.

Azərbaycanın Gorus-Qafan yolunda polis postu quraşdırması, İrandan gələn avtomobillərin yoxlanılması və onların sürücülərindən gömrük rüsumunun alınmasından sonra yeni lövhə quraşdırılması da Ermənistanı seçim arasında qoyur: Ya sülh sazişinə razı olmalısan, ya da öz məhvini sürətləndirəcəksən.

Bunlar hələ Azərbaycanın müstəsna hüququnun yumşaq gücləridir. Yəni, daha çox psixoloji təzyiq kimi dəyərləndirilə bilər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri