15 
Sen
2021
18:27
433
27
884
Virtual karabakh

Cahit Bağçı: “Həmişə Azərbaycanın yanında olmuşuq və olacağıq da”

15 Sen, 2021
18:27
884

Cahit Bağçı: “Həmişə Azərbaycanın yanında olmuşuq və olacağıq da”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Azərbaycandakı səfirliyində Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Mərasim şəhidlərin ruhunun bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan himni və İstiqlal marşı səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında bildirib: “Biz tarix boyu Anadolu, Balkanlar, Suriya, Qarabağda şəhidlər verdik. Hamisinın xatirəsini yad edirik, onlara rəhmət diləyirik. Azərbaycan və Türkiyə qardaşlığı həmişə yaşayıb və bundan sonra da yaşayacaq”.

“Ulu öndər Heydər Əliyevin bir vəsiyyəti vardı: o da Qarabağı azad görmək. Şükürlər olsun, bu gün Qarabag artıq azaddır. Həm müharibədən əvvəl, həm sonra qardaş olaraq həmişə Azərbaycanın yanında olmuşuq və olacağıq da. Tarixi unutmayacağıq”, - o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri