18 
Sen
2021
16:04
342
82
1712
Virtual karabakh

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib - FOTO/VİDEO

18 Sen, 2021
16:04
1712

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. 

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü ilə bağlı “Instagram” hesabında paylaşım edib. 

Paylaşımda bildirilir:

“18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm.
Azərbaycan xalqı milli musiqi mədəniyyətimizin inkişafına və dünyada tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, ifaçılar nəsli ilə haqlı olaraq fəxr edir. Öz sələflərinin nadir irsinə bağlılığı qoruyub saxlamaqla musiqimizi yeni səslər, ifalar və yanaşmalarla zənginləşdirən bütün musiqiçilərə təşəkkürümü bildirirəm. Sizin hamınıza tükənməz ilham, enerji, yaradıcılıq uğurları və nailiyyətlər arzulayıram!”

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri