17 
Okt
2021
17:09
413
43
1371
Virtual karabakh

Dövlət başçısı: “Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi” - VİDEO

17 Okt, 2021
17:09
1371

Dövlət başçısı: “Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Füzuli uğrunda çox şiddətli döyüşlər getdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri