18 
Okt
2021
13:56
278
18
1036
Virtual karabakh

Türk Şurası Baş katibindən 18 oktyabr təbrik mesajı

18 Okt, 2021
13:56
1036

Türk Şurası Baş katibindən 18 oktyabr təbrik mesajı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpasının 30-cu ildönümü münasibətilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev mesaj yayımlayıb.

“Qardaş Azərbaycanın hökumətini və xalqını ən səmimi hisslərlə təbrik etdiyimə görə sevinc hissi keçirirəm.

Ötən il 18 oktyabrdakı təbrik mesajımızda Vətən Müharibəsi zamanı bütün Türk dövlətləri olaraq qardaş Azərbaycan xalqının yanında olduğumuzu ifadə etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü yenidən bərpa etmək və bu ərazilər üzərindəki suverenliyini təmin etmək üçün beynəlxalq hüquqa uyğun olaraq apardığı qanuni mübarizəsinə olan qüvvətli dəstəyimizi yeniləmişdik.

Çox şükür ki, bu il 18 oktyabrı Ali Baş Komandan Prezident İlham Əliyevin liderliyindəki Müzəffər Azərbaycan Ordusu tərəfindən yazılan şanlı tarixə şahidlik etmiş olaraq qürur və sevinclə qeyd edirik.

Azərbaycanın 30 il ərzində keçdiyi yol, siyasi, iqtisadi və sosial sahələrdəki möhtəşəm inkişaf, bölgəmizdə və onun hüdudlarından kənarda təhlükəsizlik və tərəqqinin təmin olunmasında oynadığı vacib rol, bundan əlavə Türk Şurasının birlik və bərabərliyinin inkişafındakı səyləri, təkcə Türk dünyası deyil, bütün dünya tərəfindən izlənməkdə və təqdir olunmaqdadır.

Təsisçi üzvümüz Azərbaycan son iki ildir çox uğurlu bir şəkildə icra etdiyi sədrlik vəzifəsini 2021-ci ilin noyabrında Türkiyəyə təhvil verməyə hazırlaşarkən başda hörmətli Prezident İlham Əliyev olmaqla Azərbaycan hökumətinin bütün nazirlikləri, dövlət və özəl sektorun bütün qurum və təşkilatlarına Türk Şurasını bariz uğurlarla yeni bir dövrə daşıyan bu səmərəli dövr ərzində verdikləri fasiləsiz dəstək üçün minnətdarlığımızı bildiririk.

Bu münasibətlə ən səmimi təbriklərimi yeniləyir, Azərbaycan xalqına yurdun dörd bir tərəfində dalğalanan şanlı bayrağının altında firavan və parlaq bir gələcək arzulayıram”.

Bağdad Amreyev

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri