21 
Okt
2021
18:50
86
688
2046
Virtual karabakh

XİN: “Rusiya şirkətləri Qarabağdakı bərpa işlərində iştirak etməyə hazırdır”

21 Okt, 2021
18:50
2046

XİN: “Rusiya şirkətləri Qarabağdakı bərpa işlərində iştirak etməyə hazırdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya şirkətləri Qarabağ münaqişəsindən sonra bölgədə görülən bərpa işlərində iştirak etməyə hazırdır. Belə ki, ölkənin bir qrup şirkəti noyabrın 17-18-də Azərbaycana səfər etmək niyyətindədir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

İkitərəfli əməkdaşlığa misal olaraq Cəbrayıl rayonunda Rusiyanın “KamAZ” müəssisəsi və Gəncə Avtomobil Zavodunun birgə servis mərkəzinin təməlqoyma mərasimi keçirilməsini göstərən rusiyalı rəsmi Azərbaycanda işgüzar fəaliyyəti genişlətməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri