27 
Okt
2021
12:12
148
11
2615
Virtual karabakh

İrəvanın müharibədən sonra vəziyyəti necədir? Rusiyalı hərbi analitik DANIŞDI - VİDEO

27 Okt, 2021
12:12
2615

İrəvanın müharibədən sonra vəziyyəti necədir? Rusiyalı hərbi analitik DANIŞDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvadakı Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov ermənilərin görmək istəmədiyi həqiqətləri elə erməni kanallarının birində onların nəzərinə çatdırıb. 

Aparıcının “müharibədən bir il sonra İrəvanda olmusunuz, təəssüratlarınız necədir?” sualını cavablandıran ekspert sözünə belə başlayıb: 

“Təəssüratlarım heç də yaxşı deyil. İnsanlar guya müharibə olmayıb kimi davranırlar. Sanki məğlub olan tərəf deyillər. İfadələrində və çıxışlarında bu mövzudan yayınırlar”. 

Hərbi analitik Rusiyadakı ermənilərin nankorluğuna da diqqət çəkib. 

“90-cı illərin Qarabağ müharibəsi və Vətən müharibəsində Rusiyanın Ermənistana kömək etdiyi şübhəsizdir. Amma ermənilər bu barədə danışmırdılar”, - deyə ekspert bildirib. 

Ruslan Puxov həmçinin bildirib ki, Azərbaycanın tammiqyaslı müharibənin Ermənistan ərazisinə keçməsində maraqlı olmadığı hər kəsə aydın idi.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri