Noy
2021
16:48
126
34
926
Virtual karabakh

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə regiondakı vəziyyəti müzakirə etdi - FOTO

6 Noy, 2021
16:48
926

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə regiondakı vəziyyəti müzakirə etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonla görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, C.Bayramov ABŞ dövlət katibinin köməkçisinin regional səfəri çərçivəsində Azərbaycana səfər etməsinin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı perspektivlərinin müzakirəsi, habelə regiondakı cari vəziyyətlə tanışlıq baxımından əhəmiyyət kəsb etdiyini bildirib. İki ölkə arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.

ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson səfəri çərçivəsində Azərbaycan prezidenti ilə çox məhsuldar görüşün keçirildiyini qeyd edib. Azərbaycanın NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib və bu xüsusda təşəkkür ifadə edilib.

Görüşdə tərəflər postmünaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir üçtərəfli bəyanatların icrası üçün Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar ilə bağlı qarşı tərəfə məlumat verib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri