13 
Noy
2021
00:25
14
402
1278
yuxarı
Rusiya və fransalı nazirlər Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
13 Noy, 2021
00:25
1278
14
402
Rusiya və fransalı nazirlər Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Fransanın xarici işlər naziri Jan-İv le Drian və müdafiə naziri Florens Parli rusiyalı həmkarları Sergey Lavrov və Sergey Şoyqu ilə danışıqlar aparıb.
Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, danışıqlar zamanı müzakirə mövzularından biri Azərbaycanla Ermənistan arasındakı münasibətlər olub.
Tərəflər Fransa və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə olunması üçün birgə səylərini müzakirə ediblər.
Görüşdə, həmçinin Ukrayna, Suriya və Əfqanıstandakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
Mənbə: diplomatie.gouv.fr