18 
Noy
2021
11:22
53
230
10680
Virtual karabakh

Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMA

18 Noy, 2021
11:22
10680

Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya Müdafiə Nazirliyinin Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazırlıq mərhələsinin başlanması ilə bağlı təklifləri İrəvan üçün məqbuldur”. 

Bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“May ayından Rusiya Federasiyası Ermənistan və Azərbaycanın sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı üç təklif təqdim edib. Hər üç təklif bizim üçün məqbul idi. Dünənki bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiyaya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflər verdi. Bir daha təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”, - o qeyd edib.

Paşinyan əlavə edib ki, Ermənistan müdafiə nazirliyinin rəhbəri Suren Papikyana rusiyalı həmkarı Sergey Şoyqu ilə detalları dəqiqləşdirməyi tapşırıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri