19 
Noy
2021
19:22
163
70
1339
Virtual karabakh

Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb

19 Noy, 2021
19:22
1339

Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya ikitərəfli gündəliyinə daxil olan məsələlər, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışıb. Ölkələr arasında ikitərəfli səviyyə ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcud olduğu ifadə edilib.

Nazir, həmçinin bölgədə mövcud olan münaqişə sonrası reallıqlar, bu xüsusda Rusiyanın oynadığı rolu, üçtərəfli bəyanatların icrası məsələləri ilə bağlı ekspertlərə məlumat verib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvlərini maraqlandıran sualları cavablandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri