22 
Noy
2021
17:52
329
134
1351
Virtual karabakh

Xətibzadə: “Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər” - VİDEO

22 Noy, 2021
17:52
1351

Xətibzadə: “Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.

Qeyd edək ki, Ş.Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabullahianla görüşüb.

Xatırladaq ki, noyabrın 28-də Aşqabadda ECO-nun Zirvə görüşü keçiriləcək. Təşkilatda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızı Respublikası, Pakistan, Özbəkistan, Tacikistan, Türkmənistan təmsil olunur.

Mənbə: Mehr

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri