23 
Noy
2021
15:08
253
19
1293
Virtual karabakh

Azərbaycanlı baş redaktor Ukrayna mediasına Ermənistanın sərhəddəki təxribatlarından danışdı - FOTO

23 Noy, 2021
15:08
1293

Azərbaycanlı baş redaktor Ukrayna mediasına Ermənistanın sərhəddəki təxribatlarından danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son həftələr Ermənistanın dövlət sərhəddində Azərbaycana qarşı törətdiyi təxribatlar Ukrayna mediasının diqqət mərkəzindədir. Ukraynanın “Qolos” Media Qrupu sərhəddəki vəziyyətdən və Ermənistanın Azərbaycana qarşı hücumlarından bəhs edən məqalə ilə çıxış edib.

“Qolos” Media Qrupuna açıqlama verən Editor.az İnformasiya Portalının baş redaktoru, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycana qarşı genişmiqyaslı təxribat törədib:

“Bu istiqamətdə yerləşən sərhəd döyüş mövqelərində əlavə qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən erməni hərbi birləşmələri Azərbaycan ordusunun döyüş postlarına hücum edib. Nəticədə yeddi Azərbaycan hərbçisi həlak olub. Şübhəsiz ki, düşmənin təxribatının qarşısı dərhal alınıb və adekvat cavab verilib”.

Fərid Şahbazlı bildirib ki, bu Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra Ermənistanın növbəti dəfə törətdiyi təxribatdır:

“Sərhəddə gərginlik yaratmaqla Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasını əngəlləmək, qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımamaq və bütün bunların yekunu olaraq sülh sazişi imzalamamağa çalışır. Ermənistan bu cür təxribatlarla eyni zamanda digər ölkələri regiona və prosesə cəlb etməyə çalışır”.

F.Şahbazlı qeyd edib ki, Ermənistanın təxribatları bütün regionda sülh və təhlükəsizliyə təhdiddir:

“Ermənistan həm imzalanmış Üçtərəfli Bəyannamənin şərtlərinə, həm də beynəlxalq hüquq normalarına məhəl qoymur. Bu təxribatçı addımlar bütün regionda sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bu, regiondakı bütün dövlətlərin maraqlarına ziddir.

Azərbaycan tarixi torpaqlarını qaytardıqdan sonra regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün bütün addımları atır. Azad edilmiş bu torpaqda geniş abadlıq işləri aparılır. Ermənilərin təxribatları regionda vəziyyəti daha da gərginləşdirir.

Bu baxımdan həm region dövlətləri, həm də dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına qəti etiraz etməli və rəsmi İrəvana bu təxribatları dayandırmaq üçün təzyiq etməlidir”, - deyə F.Şahbazlı bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri