29 
Noy
2021
18:25
167
23
999
Virtual karabakh

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN arasında məsləhətləşmələr keçirildi

29 Noy, 2021
18:25
999

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN arasında məsləhətləşmələr keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin birinci raundu keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələrdə Səudiyyə Ərəbistanı tərəfini xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xureyci, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.
Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri