Dek
2021
11:10
445
11
1192
Virtual karabakh

Pakistan səfirliyi Azərbaycan xalqına başsağlığı verdi - FOTO

1 Dek, 2021
11:10
1192

Pakistan səfirliyi Azərbaycan xalqına başsağlığı verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistanın Azərbaycandakı səfirliyi Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterində həlak olanlarla bağlı Azərbaycan tərəfinə başsağlığı verib.

Diplomatik nümayəndəlik 14 peşəkar hərbçinin həlak olması ilə nəticələnən faciəvi qəzadan kədərləndiyini bildirib və şəhidlərin cənnətdəki məqamlarının uca olmasını diləyib.

“Hüznlü ailələr və qardaş Azərbaycan xalqı üçün dua edirik”, - deyə səfirliyin rəsmi “Twitter” hesabında dərc olunan başsağlığında bildirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri