Dek
2021
12:16
96
45
1246
Virtual karabakh

Aleksandr Nosoviç: “Bakı ilə İrəvan arasında razılaşmalar Qərbin uzaqlaşdırılmasından sonra mümkün oldu”

“Şərq tərəfdaşlığı” əslində, artıq ölü proqramdır. Minskdən bu sammitdə müxalifət nümayəndələrinin - Belarusdakı proseslərə ümumiyyətlə heç bir təsiri olmayan şəxslərin “iştirak edəcəkləri” isə ən yaxşı sübutdur. Bu sammit heç bir şəkildə regional siyasətə təsir etməyəcək”.

Bu sözləri rusiyalı politoloq, “RuBaltic” informasiya portalının baş redaktoru Aleksandr Nosoviç Oxu.Az-a “Şərq tərəfdaşlığı”nın perspektivləri barədə açıqlamasında deyib.

“Doğrudan da, bu layihənin mövcud olduğu illər ərzində diferensiallaşma olub. “Avropa seçimi” yaradan “prioritet üçlük” dövlətləri var. Bunlar Ukrayna, Gürcüstan və Moldovadır. Onlar Avropa İttifaqı (Aİ) ilə müqavilə imzalayıblar.

Avrasiya inteqrasiyasını seçmiş və şərqdə inteqrasiya layihələrində iştirak edən ölkələr var - bunlar isə Belarus və Ermənistandır.

Bir də bu baxımdan klassik neytral ölkə olan Azərbaycan var.

Hazırkı sammit “vəftiz ayini” üçün növbəti cəhddir, yəni bir vaxtlar “Şərq tərəfdaşlığı” proqramında birləşməyə cəhd etmiş, əlaqəsi olmayan ölkələri Aİ-nin təsir dairəsinə cəlb etmək. Ondan heç nə alınmadı və alınmayacaq da”, - deyə o bildirib.

Politoloq Avropanın ikitərəfli münasibətlərin tənzimlənməsində Bakı və İrəvana hər hansı köməklik göstərə bilib-bilməməsi məsələsinə də aydınlıq gətirib.

Nosoviç deyir ki, Avropa Fransanın simasında Ermənistan və Azərbaycanın razılığa gəlməsinə kömək etməyə çalışdı.

“Mən Parisin həmsədr olduğu ATƏT-in Minsk Qrupunu nəzərdə tuturam. Bunun bir nəticəsi olmadı.

Müəyyən irəliləyişlər, status-kvonun dəyişməsi yalnız keçən il, Minsk Qrupundan faktiki olaraq imtina edildikdə və proses başqa çərçivədə inkişaf edəndə mümkün oldu. Rusiya və Türkiyənin vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında bəzi ciddi razılaşmalar Qərbi - ABŞ və Fransanı uzaqlaşdırandan sonra əldə olundu.

Son 10 ildə Avropa İttifaqı geosiyasi məsələlərdə tam səriştəsizliyini nümayiş etdirdi. Dünyanın heç bir regionunda - nə Şimali Afrikada, nə Şərqi Avropada, nə də Cənubi Qafqazda elə bir məsələ yoxdur ki, Brüsselin təsiri ilə beynəlxalq münasibətlərdə ciddi həll yolu tapılsın.

Əgər Avropa İttifaqı hansısa bölgəyə yardım etmək və “yaxşı bir iş” görmək üçün daxil olursa, həmin region üçün daha böyük problemlər başlayır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri