Dek
2021
18:04
21
160
4453
Virtual karabakh

Azərbaycan imzaladığı sənədlərdə Ermənistanla bağlı qeyd-şərtləri dəyişdirir

7 Dek, 2021
18:04
4453

Azərbaycan imzaladığı sənədlərdə Ermənistanla bağlı qeyd-şərtləri dəyişdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə qeyd-şərtlə qoşulur.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin birinci-vitse spikeri Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələri komitəsinin birgə iclasında deyib.

Sazişə görə, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar. Şura öz fəaliyyətini bu sazişin ayrılmaz hissəsi olan müvafiq Əsasnamə əsasında həyata keçirir.

Azərbaycan indiyədək beynəlxalq sənədləri imzalayarkən Ermənistanın torpaqlarımızı işğal etməsi faktını xüsusi qeyd-şərt kimi irəli sürüb.

Əli Hüseynli hazırda təqdim olunan qeyd-şərtin ərazi bütövlüyü məsələsi ilə deyil, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı olduğunu bildirib.

Layihə Milli Məclisin iclasında müzakirə ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri