16 
Dek
2021
18:04
26
140
2941
Virtual karabakh

Mənzillərin satışından əldə olunan vəsaitin hansı istiqamətlərə xərclənəcəyi açıqlanıb

16 Dek, 2021
18:04
2941

Mənzillərin satışından əldə olunan vəsaitin hansı istiqamətlərə xərclənəcəyi açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş məcburi köçkünlər üçün Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş binalarda imtiyazlı şəxslər mənzillə təmin edildikdən sonra istifadəsiz qalan mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fərmanla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin paytaxtın Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. 

Mənzillərin satışı onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin (şəhid ailələri və müharibə əlillərinin, gözdən əlilliyi olan şəxslərin, uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının) sayından artıq olduqda həyata keçiriləcək. 

Nazirlik mənzillərin satışından əldə olunan vəsaiti digər rayonlar (şəhərlər) üzrə şəhid ailələri və müharibə əlillərinin, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin  mənzillə və ya fərdi evlə təmin edilməsi üçün sərf edəcək.

Mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanaraq bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri