Yan
2022
17:28
46
414
2808
Virtual karabakh

Qaziz Abışev: “Qazaxıstanda hakimiyyətin süqut edəcəyini düşünmürəm, dövlət aparatı güclüdür”

5 Yan, 2022
17:28
2808

Qaziz Abışev: “Qazaxıstanda hakimiyyətin süqut edəcəyini düşünmürəm, dövlət aparatı güclüdür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir çox konspiroloji nəzəriyyələr olsa da, məncə, etirazlar kortəbii şəkildə başlayıb. Bu, pandemiyanın yaratdığı qlobal iqtisadi böhranın əlamətidir. Bu, bizə ağır zərbə vurdu, çünki Qazaxıstan resurslardan asılı sənayesizləşmiş iqtisadiyyata malikdir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında qazaxıstanlı siyasi icmalçı Qaziz Abışev söyləyib.

Son üç gündə Qazaxıstanı bürüyən etirazlara münasibət bildirən ekspert vurğulayıb ki, ölkədə varlı elita ilə xalq arasında təbəqələşmə getdikcə artır:

“Bunun fonunda yarıtmaz bürokratiya soyuq, texnokratik məntiqə söykənmədən proseslərə start verdi. Əhali kasıbdır, kredit borcları var və bütün bunların fonunda maye qazın qiyməti qalxır. Etirazlar ölkənin qərbində başladı və başqa şəhərlərdə yaşayan insanlar da onlara qoşuldu. İqtisadi nöqteyi-nəzərdən etirazçıların tələbləri heç də həmişə əsaslı olmur, lakin milli şirkətlərin top-menecerlərinə verilən yüksək mükafatlar və korrupsiya qalmaqalları fonunda dövlətin bunu insanlara izah etməsi çətindir. Etirazlara təbii ki, müxalifət də, cinayətkarlar da, təxribatçılar da qoşulub, camaatı qızışdırır. Ola bilsin ki, müəyyən xarici təsir də var. Amma etirazçıların əksəriyyəti həqiqətən də iqtisadi vəziyyətlərinin pisləşməsindən qəzəblənən insanlardır”.  

Siyasi icmalçı Qaziz Abışev etirazların nə ilə bitəcəyini və ölkənin sonrakı taleyinə dair fikirlərini də bölüşüb:  

“Biz bunu həmkarlarımızla müzakirə etdik. Vəziyyət istənilən məcraya yönələ bilər. Ancaq mən hakimiyyətin süqut edəcəyini düşünmürəm. Dövlət aparatı güclüdür. Başqa bir sual isə sosial-iqtisadi siyasətin hansı istiqamətdə inkişaf edəcəyi, hansı vektorların seçiləcəyidir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri