14 
Yan
2022
14:20
330
34
9091
Virtual karabakh

Lavrovdan Bakı və Ankaranı ittiham edən erməni jurnalistə şillə kimi CAVAB - VİDEO

14 Yan, 2022
14:20
9091

Lavrovdan Bakı və Ankaranı ittiham edən erməni jurnalistə şillə kimi CAVAB - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında erməni jurnalist rusiyalı nazirə Azərbaycan və Türkiyə ilə bağlı təxribat xarakterli sual ünvanlayıb.

Erməni jurnalist Ankara və Bakıdan Qazaxıstandakı KTMT sülhməramlıları ilə bağlı qəzəbli açıqlamalar verildiyini iddia edib. Üstəlik o, Kəlbəcər istiqamətindəki erməni təxribatında günahı Azərbaycan tərəfinin üzərinə ataraq bu hadisəni iddia etdiyi açıqlamalarla əlaqələndirməyə çalışıb.

Rusiya XİN rəhbərinin cavabı isə heç də erməni jurnalistin gözlədiyi kimi olmayıb. Rusiyalı nazir elə ilk cümləsindəcə erməni jurnalistin sualının əsassız olduğunu və heç bir fakta söykənmədiyini ifşa edib.

“Düzünü desəm, mən Ankara və Bakıda rəsmi şəxslər tərəfindən hər hansı bir qəzəbli reaksiya görməmişəm”, - deyə o bildirib.

Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı nə Ankarada, nə də Bakıda rəsmi şəxslər tərəfindən heç bir mənfi şərh edilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri