18 
Yan
2022
14:44
392
52
1331
Virtual karabakh

Prezident İlham Əliyev azad olunan ərazilərdə yeni məscidlərin tikintisindən danışdı - VİDEO

18 Yan, 2022
14:44
1331

Prezident İlham Əliyev azad olunan ərazilərdə yeni məscidlərin tikintisindən danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azad edilmiş torpaqlarda hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.

“Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Ağdam şəhərinin məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Zəngilan şəhərinin məscidi də həmçinin.

Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir. Əminəm ki, fond digər layihələrdə də fəal iştirak edəcək”, - dövlət başçısı vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri