25 
Yan
2022
16:24
72
32
1198
Virtual karabakh

Rəşad İsmayılov GECF-in yeni baş katibi ilə görüş keçirib - FOTO

25 Yan, 2022
16:24
1198

Rəşad İsmayılov GECF-in yeni baş katibi ilə görüş keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfiri Rəşad İsmayılov Katibliyi Doha şəhərində yerləşən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) yeni təyin olunmuş Baş Katibi Məhəmməd Hamel ilə 2022-ci ilin 25 yanvar tarixində Səfirlikdə görüş keçirilib.

Oxu.Az-a verilən məlumata görə, görüşün əvvəlində səfir Hameli yeni təyinat münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Baş katib isə öz növbəsində, qaz hasilatı və təchizatında Azərbaycanın böyük təcrübəsi və vacib rolunu qeyd edərək, ölkənin GECF-in vacib iştirakçılarından biri olduğunu bildirib.

Daha sonra Azərbaycan və GECF arasındakı münasibətlərin hazırkı durumu nəzərdən keçirilərək onların təşviq edilməsi imkanları müzakirə edilmişdir. Bu xüsusda, hər iki tərəf  mövcud əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilərək, əməkdaşlığın daha da inkişaf etdirilməsinin tərəfdaşı olduğunu bildirib.

Görüş zamanı həmçinin, 2022-ci ilin 22 fevral tarixində Doha şəhərində keçirilməsi nəzərdə tutulan GECF-in üzv və müşahidəçi ölkələrinin dövlət və hökumət başçılarının növbəti, sayca 6-cı Zirvə Toplantısının Sammitinə və onun ərəfəsində təşkil olunacaq Nazirlər Görüşünə hazırlıq məsələləri müzakirə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri