25 
Yan
2022
18:20
243
344
4362
Virtual karabakh

Azərbaycanla İran arasında avtomobil yolu körpüsünün təməlqoyma mərasimi oldu - FOTO

25 Yan, 2022
18:20
4362

Azərbaycanla İran arasında avtomobil yolu körpüsünün təməlqoyma mərasimi oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfəri çərçivəsində görüşlər bitdikdən sonra Azərbaycan və İran nümayəndə heyətləri İran İslam Respublikasının Astara şəhərinə səfər ediblər.

“Report”un Astaraya ezam olunmuş müxbiri xəbər verir ki, ilk öncə Azərbaycan ərazisində Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

Daha sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçiriləcək.

Azərbaycan və İran tərəfi layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlib.

Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri