14 
Mar
2022
18:58
743
46
24319
Virtual karabakh

Sol əllə hərbi salam verməsi ilə yadda qalan prokuror işdən ÇIXARILDI - FOTO

14 Mar, 2022
18:58
24319

Sol əllə hərbi salam verməsi ilə yadda qalan prokuror işdən ÇIXARILDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda tanınmış prokuror olan Tariyel Qurbanov tutduğu vəzifədən azad olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalyıb.

O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər. T.Qurbanovun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub.

Əlavə edək ki, vaxtilə Tariyel Qurbanov sol əli ilə salam verdiyinə görə də mətbuatın gündəminə gəlmişdi.

Qeyd edək ki, o, Dini Qurumlarla İş üzər Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri