22 
Mar
2022
11:58
34
326
2473
Virtual karabakh

Andreas Umland: “Ukraynadakı müharibə aylarla, hətta illərlə davam edə bilər” - MÜSAHİBƏ

22 Mar, 2022
11:58
2473

Andreas Umland: “Ukraynadakı müharibə aylarla, hətta illərlə davam edə bilər” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stokholm Şərqi Avropanın Öyrənilməsi Mərkəzinin analitiki, almaniyalı politoloq Andreas Umland Ukraynadakı hadisələrlə bağlı Oxu.Az-la söhbətləşib.

O deyib ki, Avropada müxtəlif planetlərin olması kimi bir hiss var: 

“Aralarında Aİ və NATO kimi yaxşıları da var, o qədər yaxşı olmayan, müharibənin getdiyi, parçalanmış dövlətlər olan yerlər də var. Yeri gəlmişkən, bu, Azərbaycana da aid olub. Bu, sanki, Avropa İttifaqına aidiyyəti olmayan xarici, paralel dünyadır.

Bu baxış müəyyən nöqtəyə qədər özünü doğrultdu. Moldova, Ukrayna, Gürcüstan və Azərbaycandakı münaqişələr Avropa İttifaqı və NATO-nu ciddi gərginlik altına salmadı. Bəli, qaçqınlar oldu, xoşagəlməz anlar oldu. Amma indi yavaş-yavaş belə bir hiss yaranır ki, Ukraynada baş verənlər bizə də aiddir.

İndi yardım (Ukraynaya - red.) təmkinlidir. Bəli, silah-sursat verilir, humanitar yardımlar edilir, bu, qaçqınlara da aiddir, çox işlər görülür. Amma heç bir strateji yanaşma yoxdur. Hesab edirəm ki, bütün bunlar təhlükəsizlik paradiqmasında deyil, həmrəylik paradiqmasında baş verir”.

Politoloq Ukraynada müharibənin nə zaman bitəcəyinə münasibət bildirərək deyib ki, “mən çox istərdim ki, bu, mümkün qədər tez bitsin. Amma qorxuram ki, Moskvada resursların tükənməsi hissi yaranmayana qədər ciddi danışıqlar aparılmayacaq. Baxmayaraq ki, hansısa barışıq mümkündür. Baxmayaraq ki, hətta bu atəşkəs qoşunları köçürmək və təchizatın təminatı üçün istifadə edilə bilər.

Qərbin təkcə Ukrayna ordusunu yüngül silahlarla deyil, həm də yüksək texnologiyalı, ağır silahlarla təchiz etmək strategiyası olmalı idi. Rusiyada belə bir müharibənin qalib gələ bilməyəcəyini başa düşmələri lazımdır və o zaman Moskva ilə Kiyev arasında danışıqlar məna kəsb edəcək”.

Analitik deyir ki, hər şey Kremldə baş verənlərdən asılıdır:

“Əgər hansısa səbəbdən Rusiyada rəhbərlik dəyişsə, o zaman müharibəni tez bitirmək olar. Əks halda, hər şey aylarla, hətta illərlə davam edə bilər”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri