23 
Mar
2022
21:13
657
26
1510
Virtual karabakh

Türkiyə Qafqazda sabitliyin yaradılması və qorunub saxlanmasında israrlıdır

23 Mar, 2022
21:13
1510

Türkiyə Qafqazda sabitliyin yaradılması və qorunub saxlanmasında israrlıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutan toplantıda milli və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

İclasdan sonra verilən yazılı açıqlamada Ukraynanın suverenliyi və ərazi bütövlüyü nəzərə alınmaqla, müharibənin tez bir zamanda dayandırılması, atəşkəsin əldə edilməsi və iki ölkə arasındakı problemlərin sülh yoluyla həlli üçün səylərin artırılmasına çağırış edilib.

Həmçinin, Türkiyənin Qara dənizdə sülhün və sabitliyin qorunması üçün Montrö Konvensiyasının icrası da daxil olmaqla, öhdəliklərini yerinə yetirməklə yanaşı, vasitəçilik səylərini də davam etdirəcəyi bildirilib.

Bununla yanaşı, sənəddə Türkiyənin İraq, Liviya, Şərqi Aralıq dənizi, Balkanlar və Qafqazda sabitliyin yaradılması və qorunub saxlanmasında israrlı olması bir daha qeyd edilib.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri