24 
Mar
2022
20:42
392
30
2460
Virtual karabakh

Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

24 Mar, 2022
20:42
2460

Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Oxu.Az səfirliyin yaydığı məlumatı təqdim edir:

Ukraynadan təxliyə olunan həmvətənlərimizin əsasən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi almaq üçün müraciət etdiyini nəzərə alaraq, aşağıdakı məlumatı diqqətə çatdırırıq.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlərdən biri təqdim edilməlidir:

- Etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv səbəblərdən yenilənməsi mümkün olmamış Azərbaycan Respublikası ümumvətəndaş pasportunun əsli;

- Etibarlı, yaxud etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv səbəblərdən yenilənməsi mümkün olmamış Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;

- Etibarlılıq müddəti çərçivəsində obyektiv səbəblərdən istifadə olunmamış Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin əsli.

Yuxarıda qeyd olunanlardan heç biri olmadığı halda mövcud sənədlər və məlumat əsasında müvafiq qurumlara göndəriləcək sorğu və ya digər araşdırmanın nəticəsinə uyğun olaraq, şəhadətnamə rəsmiləşdirilə bilər.

Belə hallarda vətəndaşlarımızdan doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasının vətəndaşı olan valideynlərinin ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələrinin, nikah haqqında şəhadətnamələrinin surətlərinin, şəxsiyyət vəsiqələri şəkilsiz olduğu halda dövlət orqanları və ya təhsil müəssisələri tərəfindən verilmiş hər hansı şəkilli sənədin təqdim edilməsini xahiş edirik.

Bütün hallarda müraciət edən vətəndaşlardan sənədlərə iki ədəd 3x4 ölçülü fotoşəkil əlavə edilməsi xahiş olunur.

Təxliyə olunan vətəndaşlarımızın Azərbaycana səfər etmələrini asanlaşdırmaq məqsədilə lazım olan sənədlərin nəzərdə tutulandan daha qısa müddətdə hazırlanması üçün bütün mümkün tədbirlər görülür.

Diqqət: Təxliyə zamanı Azərbaycana maneəsiz səfər edə bilmələri məqsədilə Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşları 3 mart 2022-ci il tarixindən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi üçün nəzərdə tutulmuş dövlət rüsumundan azad edilmişdirlər (şəhadətnamə ÖDƏNİŞSİZ rəsmiləşdirilir).

Qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsində köməklik qarşılığında pul vəsaiti və ya digər şəkildə maddi maraq tələb edildiyi hallar olarsa, bundan imtina edilməsini və həmin şəxslər barədə məlumat verilməsini xahiş edirik.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri