26 
Mar
2022
13:05
320
31
1948
Virtual karabakh

Deputat: “Ermənistan rəhbərliyi satqınlıq və riyakarlıq siyasətini davam etdirir” - FOTO

26 Mar, 2022
13:05
1948

Deputat: “Ermənistan rəhbərliyi satqınlıq və riyakarlıq siyasətini davam etdirir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan rəhbərliyi satqınlıq və riyakarlıq siyasətini davam etdirir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın gürcüstanlı həmkarı David Zalkalianiyə zəng etdiyini xatırladıb: “Telefon danışığı zamanı bir sıra məsələlər ətrafında geniş müzakirələr aparılıb. Məlum olduğu kimi, ötən ilin dekabrında “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO mənzil-qərargahına dəvət olunmuşdular. Prezident Əliyev dəvəti qəbul etdi. NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdü və qurumun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. NATO-nun 30 üzv dövlətinin 20-dən çox daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirdilər, eləcə də Azərbaycan barədə xoş fikirlər söylədilər”.

“Eyni zamanda həmin dövrdə Gürcüstan rəhbərliyi də dəvəti qəbul edərək NATO ilə müvafiq görüşlər keçirdi. Rusiyanın qorxusundan vassal və müstəmləkə dövlətin rəhbəri olan Nikol Paşinyan dəvətdən boyun qaçırdı. Müxtəlif bəhanələrlə səfər və görüşdən imtina etdi. İndi Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə əldə edə bilməməsini görərək Paşinyan və onun ikiüzlü komandası NATO-ya və Qərb ölkələrinə meyl edirlər. Bu vasitə ilə Gürcüstana yaxınlaşmağa və ya Gürcüstanla yaxınlaşma fonu yaratmağa çalışırlar.

Paşinyan NATO-nun toplantısında iştiraka “yox” deyəndə Rusiya güclü idi. İndi isə Rusiyanın zəiflədiyini görən Paşinyan batmaqda olan gəmini tez tərk edən siçovula bənzəyir. Budur Paşinyanın saxtakar komandasının həqiqi mahiyyəti. Heç şübhəsiz ki, Ermənistanın daima ikili oyun oynadığını Qərbdə də, Rusiyada da yaxşı bilirlər. Bu, bir daha Ermənistan siyasi rəhbərliyinin yalançı, saxtakar və ikiüzlü olduğunu göstərir. Qərb dövlətləri, eləcə də Rusiya Ermənistana münasibətdə bu amilləri nəzərə almalıdır”, - deputat bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri