31 
Mar
2022
17:47
541
167
5152
yuxarı
İlham Əliyev və Vladimir Putin Qarabağdakı vəziyyəti müzakirə etdilər - VİDEO
31 Mar, 2022
17:47
5152
541
167
İlham Əliyev və Vladimir Putin Qarabağdakı vəziyyəti müzakirə etdilər - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Rusiya lideri həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla da telefon əlaqəsi saxlayıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlərin söhbətində Qarabağdakı vəziyyət müzakirə mövzusu olub.
“Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilərək regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetirilib. 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyi bir daha təsdiqlənib”, - deyə məlumatda qeyd olunub.
Mənbə: RİA Novosti
Bizimlə əlaqə saxlayın
Digər Siyasət xəbərləri
1 
Okt
2023
17:46
“Azərbaycanın humanistlik haqqında BMT-yə öyrədəcəyi çox nümunələr var” - ŞƏRH
57
5
225
1 
Okt
2023
16:30
Ərdoğan: “Azərbaycan ərazisi Qarabağ 30 illik işğaldan sonra azadlığa qovuşub”
334
8
530