Apr
2022
13:58
158
18
1154
Virtual karabakh

MAG-ın regional direktoru: “Qarabağda bərpa işlərinin gedişatı valehedicidir”

1 Apr, 2022
13:58
1154

MAG-ın regional direktoru: “Qarabağda bərpa işlərinin gedişatı valehedicidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işlərinin gedişatı valehedicidir”.

“Report” xəbər verir ki, bunu Minalar üzrə Konsultasiya Qrupunun (Mines advisory group) regional direktoru Adam Komarovski bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı konfrans Azərbaycandakı mina problem haqqında daha geniş təsəvvür əldə etmək üçün yaxşı imkandır.

“İşğaldan azad edilmiş ərazilərin bərpası işlərinin gedişatı məni valeh edib. ANAMA-nın işindən də valeh olmuşam”, - deyə A.Komarovski vurğulayıb.

Onun sözlərinə görə, təmsil etdiyi təşkilat hazırda Horadizdə ANAMA-nın 20 supervayzeri və minatəmizləmə üzrə 2 beynəlxalq ekspert üçün təlim keçirir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri