23 
Apr
2022
13:37
97
33
1751
Virtual karabakh

Prezidentin xüsusi nümayəndəsinin BAKU TV-yə müsahibəsi - VİDEO

23 Apr, 2022
13:37
1751

Prezidentin xüsusi nümayəndəsinin BAKU TV-yə müsahibəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşada tezliklə 20-dən çox yaşayış binasının inşasına başlanılacaq.

Bunu Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov şəhərdə aparılan quruculuq işləri ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, Şuşada başlanan bərpa-quruculuq işləri daha böyük tədbirlər keçirməyə imkan verir.

Aydın Kərimovun sözlərinə görə, “Xarıbülbül” və “Qarabağ” otelləri artıq fəaliyyətdədir. Həmçinin şəhərdə 5 ulduzlu otel və konfrans mərkəzinin inşası davam edir. 

“Xarıbülbül” hotelinin ikinci korpusunun inşasına da başlanılıb. Bu, növbəti il daha böyük tədbirlərin keçirilməsinə imkan verəcək”, - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri