27 
Apr
2022
13:03
125
18
998
Virtual karabakh

Azərbaycan-Gürcüstan: 19 müqavilə imzalanacaq

27 Apr, 2022
13:03
998

Azərbaycan-Gürcüstan: 19 müqavilə imzalanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlığa əsaslanır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını hər zaman dəstəkləyib.

Ceyhun Bayramov qeyd edib ki, hazırda Azərbaycanla Gürcüstan arasında 19 müqavilənin imzalanması nəzərdə tutulur.

“Bu sənədlər münasibətlərin müxtəlif sahələrini əhatə edir. Biz bu müqavilələrə baxırıq. Yaxın zamanlarda biz bu müqavilələrin imzalanmasına və onun icrasına şahidlik edəcəyik”, - deyə Ceyhun Bayramov əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri