29 
Apr
2022
10:36
43
170
1555
Virtual karabakh

Kiyevdə Azərbaycan səfirliyinin işini bərpa etməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

29 Apr, 2022
10:36
1555

Kiyevdə Azərbaycan səfirliyinin işini bərpa etməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bu gündən etibarən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib. 

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:

Müraciətlərin qəbulu - 10:00-13:00
Hazır sənədlərin verilməsi - 15:00-18:00

Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar. 

Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar. 

Həmçinin diqqətə çatdırılıb ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil.

09:54

Səfir Elmira Axundova Azərbaycan səfirliyinin Kiyevdə işini tam həcmdə nə vaxt bərpa edəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

Elmira Axundova APA-ya açıqlamasında səfirliyin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidini ifadə edib.

“Ümid edirik ki, səfirlik Kiyevdə fəaliyyətini tezliklə bərpa edəcək”, - səfir vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri