20 
May
2022
13:36
13
50
1261
Virtual karabakh

Amerikalıların tükənməz marağına NED-in səpələdiyi pullar: Faktlar, rəqəmlər və daha nələr...

20 May, 2022
13:36
1261

Amerikalıların tükənməz marağına NED-in səpələdiyi pullar: Faktlar, rəqəmlər və daha nələr...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mən sizə əsl demokratiyadan danışacağam və hətta onu qurmağınıza kömək edəcəyəm. Demokratiya təkcə xalqın hakimiyyəti deyil, demokratiya - ABŞ xalqının hakimiyyətidir.

Bu barədə Caliber.Az-ın dərc etdiyi araşdırmada deyilir.

NED (National Endowment for Democracy, Demokratiyaya Milli Dəstək Fondu) 1983-cü ildə yaradılıb və əsasən ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Şurada keçmiş müdafiə nazirlərindən tutmuş senatorlara qədər ağıllı, nüfuzlu insanlar otururlar. Haqlıdırlar da; başqa dövlətlərin daxili işlərinə müdaxilənin koordinasiyası səriştəli insanların işidir, elanla işə götürülənlərin deyil.

“Bu gün gördüyümüz işlərin çoxunu MKİ 25 il əvvəl gizli şəkildə edib”. 1991-ci il, Allen Vaynştayn, təşkilatın qurucularından biri.

Onun səviyyəsində olan insanlar heç nəyi boş yerə demirlər və səhv buraxmırlar. Bu, çox güman ki, mesaj idi - açıq-aydın yaxşı işlər görməyə gedirik. Belə də olur. Necə yaxşılıq edirlərsə, elə də götürüb aparırlar. Bəzi statistikalardan belə nəticəyə gəldim ki, təşkilat gəlirlidir, çörəkverəndir, burada fəal və hörmətli insanlar işləyirlər, əsas şüar isə budur - hər şeyi bir yerə toplayıb ABŞ-a verin.

Misirdə demokratiyanın təşviqinə 2011-ci ilin yanvarından təxminən 40 milyon dollar xərclənib. Misir - neft, qaz, mis və dəmir filizləri ölkəsidir.

Tibetin Çindən ayrılması üçün - 2019-cu ildə 600 min dollar, 2020-ci ildə isə bir milyon dollar xərclənib. Tibet - uran, qalay, mis, üstəlik gözəl bir bonus olaraq Çinin zəifləməsidir. Tibetdə daha ətraflı dayanmaq olar, əgər kiməsə maraqlıdırsa, səhv etmirəmsə, 1959-cu ildə Anna Luis Stronq tərəfindən təşkil edilən fotoşəkillərdən ibarət sərgi ilə maraqlansın. Həmin sərgidə Çin Xalq Azadlıq Ordusu oraya daxil olana qədər bu bölgənin zəngin olduğu hər şey – xüsusilə də əlahiddə işgəncə alətləri dəstləri nümayiş olunub.

1994-cü ildən 2018-ci ilə qədər Honkonq Müstəqillik Hərəkatı proqramına 10 milyon dollardan çox vəsait xərclənib.

Honkonqdakı etiraz hərəkatına 2019-cu ildə NED daha 640 min dollar xərcləyib. Bu da Çinə aiddir.

Venesuela - 1999-cu ildən 2019-cu ilə qədər Çaves və Maduronun devrilməsinə təxminən dörd milyon dollar xərclənib (Quaydonun Belqradda keçirdiyi təlimlər üçün xərclər nəzərə alınmır). Venesuela - neftdir.

Siyahı böyükdür. Orada Uqanda da (söhbət vismut, tantal, kobalt və niobiumdan gedir) var, bu həm də “ərəb baharı”, həm Nikaraquadır (1984-1988-ci illərdə NED Orteqanı devirmək üçün təxminən iki milyon dollar, 2016-2019-cu illərdə isə demək olar ki, 4,4 milyon dollar xərclədi; özü də 2018-ci ildə açıq şəkildə hökumətə hücumlara və prezidentin öldürülməsinə çağırış edilərək).

Bu fond Azərbaycanda da görünüb. Bəzi məlumatlara görə, 2004-cü ildən 2014-cü ilə qədər NED Azərbaycan QHT-lərinə 3,5 milyon dollar dəyərində 78 qrant ayırıb, subsidiyaların əsas hissəsi 2010-cu ildən 2013-cü ilədək ayrılan 2,3 milyon dollar olub. Maraqlı, əyləncəli vaxt idi, kimin yadındadırsa.

Yeri gəlmişkən, “rəngli inqilablar” ABŞ təşkilatının sevimli məhsuludur. Lakin bu inqilablar konkret ölkədə vəziyyətin sabitliyinin pozulmasının əsas səbəbi deyil, onlar heç vaxt özbaşına yaranmır, çünki daxili böhran həmişə milli elitanın səhvləri və yanlış hesablamalarının nəticəsi olur. Sadəcə olaraq, geosiyasi rəqiblər vəziyyəti gərginləşdirmək və öz xeyirlərinə çevirmək üçün hər fürsətdən istifadə edirlər. Bu, təzyiq vasitəsindən başqa bir şey deyil.

QHT aviadaşıyıcıdan heç də pis olmayan güclü silahdır və elə onun kimi öz maraqlarını inkişaf etdirmək üçün əvəzedilməz vasitədir. Ancaq daha ucuzdur və buna görə də daha yaxşıdır. Separatizm? Gəlin daha müdrik davranaq və qəbul edək ki, separatizm rəqibi zəiflətmək və onu istədiyimizi etməyə məcbur etmək üçün bir yoldur. Onların vurmaq istədikləri çubuğa yox, onu tutan ələ baxmaq lazımdır. Və öyrənin. Başqa ölkələrdə istifadə oluna bilən öz QHT-lərinizi yaradın. Hesab edirsiniz ki, bu, utopiyadır? Niyə cəhd etməyəsiniz? Korsika dilinin inkişafı üçün kiçik bir məbləğ, məsələn, 50 min dollar ayırmağa dəyərmi? Əminəm ki, Korsikanın müstəqilliyi tərəfdarları belə bir təklifə həvəslə cavab verəcəklər. Bunu necə düşünə bilərsiniz! Biz Fransanın ərazi bütövlüyünü dəstəkləyirik, bu münaqişənin hərbi həlli yoxdur və o, Korsika xalqının öz müqəddəratını təyinetmə hüququ nəzərə alınmaqla həll edilməlidir (demək olar ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən sitat gətirilir). Pul azdır, amma faydası böyükdür, lazım olanlar başa düşəcəklər. Dövlətin QHT-lərə atom bombası kimi ehtiyacı var: Biz bunu sakitcə özümüzdə yoxlayacağıq, başqaları isə... Başqalarına nə olur-olsun. Necə-necə? Bizə də heç kimin yazığı gəlmədi, gəlməyəcək də.

Onlar heç vaxt elə-belə getmirlər. Onlar həmişə geri qayıtmaq üçün gedirlər. Yavaş-yavaş, diqqətlə, ehtiyatla və daha çox ağ paltarda. Çünki Le Karrenin qəhrəmanlarından birinin dediyi kimi: “Unutmayın, biz heç vaxt dükanı bağlamırıq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri