20 
May
2022
14:48
171
14
862
Virtual karabakh

Türkiyəyə səfər edən qazilərimiz Azərbaycan səfirliyində - FOTO

20 May, 2022
14:48
862

Türkiyəyə səfər edən qazilərimiz Azərbaycan səfirliyində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyənin Müharibə Qaziləri Dərnəyinin dəvəti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər etmiş qazilərimizlə görüş keçirilib.

Bu barədə Oxu.Az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Diplomatların, səfirlik nəzdindəki Hərbi attaşelik aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharibə Qaziləri Dərnəyinin və Təqaüddə olan Gizirlər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə səfir Rəşad Məmmədov qaziləri salamlayaraq, onların 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildirib.

Səfir Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışaraq, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd edib, türk həkimlərinin onlara xüsusi qayğısını vurğulayıb. Rəşad Məmmədov türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmini də qeyd edib.

Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini ifadə edib, dövlətin onlara qayğı və diqqətindən razılıq edib və təkliflərini səsləndiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri