24 
May
2022
21:34
154
21
833
Virtual karabakh

Paşinyan Blinkenlə söhbətində Brüssel görüşünü müsbət qiymətləndirib

24 May, 2022
21:34
833

Paşinyan Blinkenlə söhbətində Brüssel görüşünü müsbət qiymətləndirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışıqları aparıb.

O, mayın 22-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə üçtərəfli görüşü müsbət qiymətləndirib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Həmsöhbətlər Qarabağ münaqişəsinin həlli, regional kommunikasiyaların açılması, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Baş nazir Paşinyan mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşüb və görüşün ümumilikdə müsbət keçdiyini vurğulayıb”, - deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri