İyn
2022
13:21
12
209
3838
Virtual karabakh

Ali Məhkəmə DTX-nin həbs etdiyi sabiq icra başçısının cəzasını azaldıb - VİDEO

8 İyn, 2022
13:21
3838

Ali Məhkəmə DTX-nin həbs etdiyi sabiq icra başçısının cəzasını azaldıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov barəsində apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılan şikayətlə bağlı qərar elan olunub.

Qərara əsasən, sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub. Bununla bağlı Qoca Səmədovun cəzası üç ay azaldılaraq 5 il 9 aya endirilib.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini altı ilə endirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri