İyn
2022
17:15
277
11
5101
Virtual karabakh

Rəsmi Bakıdan Lavrova Fərrux dağı ilə bağlı CAVAB

9 İyn, 2022
17:15
5101

Rəsmi Bakıdan Lavrova Fərrux dağı ilə bağlı CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda Fərrux dağı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib.

Oxu.Az-ın məlumatına əsasən, XİN bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

“Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, - deyə XİN bildirib.

Qeyd edək ki, Lavrov Fərrux dağı ilə bağlı məsələni sərhədlərin delimitasiyası kontekstində dəyərləndirib. Halbuki, Fərrux dağı və kəndi sərhəddə deyil.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri