17 
İyn
2022
16:12
17
38
520
Virtual karabakh

Mindaudu: “Qlobal Bakı Forumu gələcəkdə pandemiyanın qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir”

17 İyn, 2022
16:12
520

Mindaudu: “Qlobal Bakı Forumu gələcəkdə pandemiyanın qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“IX Qlobal Bakı Forumu gələcəkdə pandemiyanın qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Bunu “Report”a Nigerin sabiq xarici işlər naziri Ayşatu Mindaudu bildirib.

Onun sözlərinə görə, forumun panel müzakirələrindən biri COVID-19 pandemiyasına həsr olunub, bu isə ölkələrə müzakirələr aparmağa və gələcəkdə bu cür qlobal çağırışların qarşısının alınması baxımından səhiyyə sistemləri üçün tövsiyələr hazırlamağa imkan verəcək.

“Bu forumda ilk dəfədir ki, iştirak edirəm. Çox şadam ki, bu cür vacib məsələlərin müzakirəsində iştirak edə bilirəm”, - deyə Nigerin sabiq xarici işlər naziri qeyd edib.

Onun sözlərinə görə, Bakıda keçirilən tədbir qlobal problemləri çox yüksək səviyyədə müzakirə etməyə imkan verir.

Xatırladaq ki, IX Qlobal Bakı Forumunda 50-dən çox ölkədən yüksək vəzifəli şəxslər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmi nümayəndələri, həmçinin digər fəxri qonaqlar iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri