21 
İyn
2022
20:22
295
23
666
Virtual karabakh

Özbəkistan Prezideti: “Azərbaycan bizim üçün zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır”

21 İyn, 2022
20:22
666

Özbəkistan Prezideti: “Azərbaycan bizim üçün zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır”.

Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə deyib.

Şavkat Mirziyoyev bildirib:

“Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı danışdıq. Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə ürəkdən sevinirik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyada tanınır. Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir. Biz bu nəcib işə öz töhfəmizi verməyə şad olarıq, bu barədə də məhdud tərkibdə keçirilən görüşdə danışdıq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri