23 
İyn
2022
13:36
72
10
878
Virtual karabakh

Asəf Hacıyev: “QDTİB Qarabağın bərpasında iştirak etməlidir”

23 İyn, 2022
13:36
878

Asəf Hacıyev: “QDTİB Qarabağın bərpasında iştirak etməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa olunmasında iştirak etməlidir. Yatırım etmək, inkişaf gətirmək, insanlara yardım etmək və eyni zamanda qazanmaq mümkündür”.

Bunu “Report”a açıqlamasında Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısında Bankın Parlament Assambleyasının Azərbaycan üzrə baş katibi Asəf Hacıyev bildirib.

“QDTİB-in yardımı ilə Qarabağda biznesə yatırım edilməsi ilə yanaşı evlərin bərpası da mümkündür. Bu, humanitar missiyadır. Bankın bu işi görməsi məqsədə uyğun olardı. Biz insanıq və başa düşməliyik insanların həyatı, taleyi daha önəmlidir. Bir milyon köçkünün taleyinə laqeyd yanaşmaq olmaz”, - o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri