24 
İyn
2022
17:56
76
320
2262
Virtual karabakh

Azərbaycan, Ermənistan və Rusiyanın baş prokurorları arasında görüş keçirildi - YENİLƏNİB + FOTO

24 İyn, 2022
17:56
2262

Azərbaycan, Ermənistan və Rusiyanın baş prokurorları arasında görüş keçirildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Minskdə Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.

Bu barədə Baş prokurorluq məlumat yayıb.

Bildirilib ki, Kamran Əliyev 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini qeyd edib.

Mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında  əhəmiyyəti, həmçinin Qarabağa qanunsuz səfərlərin yolverilməzliyi diqqətə çatdırılıb və bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirilib.

Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycan və Ermənistandan olan həmkarlarına bölgə xalqlarının rifahı naminə sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməsi ilə bağlı razılaşmanı bir daha dəstəkləyiblər.

11:38

Minskdə Rusiyanın baş prokuroru İqor Krasnov, Azərbaycanın baş prokuroru Kamran Əliyev və Ermənistanın baş prokuroru Artur Davtyan arasında üçtərəfli görüş keçiriləcək. 

Bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı əvvəllər əldə edilmiş razılaşmaların icrası müzakirə olunacaq.

Bildirilir ki, görüş MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Koordinasiya Şurasının 32-ci iclasında, o cümlədən Belarus Respublikası Prokurorluğunun yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə baş tutacaq.

Məlumata görə, tədbirlərdə bir sıra ikitərəfli görüşlər də keçiriləcək.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri