24 
İyn
2022
17:24
164
24
1223
Virtual karabakh

Dünyaya tanıdılan Azərbaycan həqiqətləri - VİDEO

24 İyn, 2022
17:24
1223

Dünyaya tanıdılan Azərbaycan həqiqətləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günə qədər Azərbaycan həqiqətlərini dünyaya çatdıran soydaşlarımız 44 günlük Vətən müharibəsi zamanı da informasiya cəbhəsində mübarizəni dayandırmadılar. Azərbaycançılıq ideyalarını, tarixi həqiqətləri xarici mediada işıqlandıran həmvətənlərimizdən biri də Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin direktoru Mahir Qurbanovdur. Azərbaycanlı politoloq ispandilli ölkələrin erməni lobbisinə deyil, bizə dəstək olması ilə məşğul olur.

Mahir Qurbanov deyir ki, ispandilli ölkələrin kütləvi informasiya vasitələrində azərbaycançılıq ideologiyasını təbliğ etmək, xüsusən Qarabağ reallıqlarını onlara çatdırmaq əsas prioritetlərdəndir.

Qeyd edək ki, Qafqaz-İberoamerika Düşüncə Mərkəzi regionda mövcud olan siyasi, iqtisadi və humanitar sahələrdə təhlillər aparır. Həmçinin ispandilli ölkələrin düşüncə mərkəzləri, mediası, vətəndaş cəmiyyətləri və dövlət dairələrilə çoxşaxəli əməkdaşlıq yaratmaqla Azərbaycan həqiqətlərini təbliğ edir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri