25 
İyn
2022
12:55
470
14
1298
Virtual karabakh

Türkiyədən sevindirici xəbər: Marmarisdə yanğın nəzarətə götürüldü

25 İyn, 2022
12:55
1298

Türkiyədən sevindirici xəbər: Marmarisdə yanğın nəzarətə götürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Muğla şəhərinin Marmaris rayonundakı meşə sahəsində iyunun 21-də başlayan yanğın üç gün sonra nəzarətə götürülüb.

Ölkənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı naziri Vahit Kirişçi sevindirici xəbəri açıqlayıblar.

Kirişçi bildirib ki, bu yanğınla bağlı ən böyük təsəlliləri insan itkisinin olmamasıdır.

Soylu vurğulayıb ki, vaxtında müdaxilə edilməsəydi, çox riskli ərazi idi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri