28 
İyn
2022
18:48
50
14
390
Virtual karabakh

Ümumdünya Şəhər Forumunun xüsusi sessiyasında postmüharibə dövründə bərpa məsələləri müzakirə edilib

28 İyn, 2022
18:48
390

Ümumdünya Şəhər Forumunun xüsusi sessiyasında postmüharibə dövründə bərpa məsələləri müzakirə edilib

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun XI sessiyası (WUF11) çərçivəsində müharibə və təbii fəlakətlərdən sonra icmaların bərpasına həsr olunmuş xüsusi sessiya keçirilib.

“Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Ukraynadakı müharibənin nəticələri ilə əlaqədar foruma ev sahibliyi edən ölkənin – Polşanın təşəbbüsü ilə bu mövzuda müzakirələr keçirilib.

Polşanın maliyyə və regional siyasət naziri Malqojata Yarosinskaya-Yedınak Rusiyanın Ukraynaya təcavüzündən sonra bu mövzunun region üçün xüsusilə aktual olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Ukraynadakı müharibə qaçqınların Polşaya və digər Avropa ölkələrinə axınına gətirib çıxarıb və onlar evlərini tərk edərək, əmlaklarını qoyub gedib və qazanclarını itirərək təhlükəsiz həyat axtarmağa məcbur olublar: “Müharibə həm də Ukrayna şəhərlərinin infrastrukturunun dağılması ilə nəticələnir”.

Qeyd edək ki, xüsusi sessiyada BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-Habitat”) icraçı direktoru Maimuna Mohd Şərif də iştirak edib.

“Hazırkı qlobal çağırışları nəzərə alsaq, gələcəyimiz təhlükə altındadır”, - o vurğulayıb.

Onun sözlərinə görə, postmüharibə dövründə yenidənqurma təkcə binaların və infrastrukturun bərpası deyil, həm də ilk növbədə icmaların bərpası, onların daxilində təmasların yenilənməsidir: “İstənilən münaqişə etimadsızlıq mühiti yaradır. Bu etimadsızlıq mühiti icmalar arasında əlaqələri tədricən bərpa etməklə aradan qaldırılmalıdır”.

Maimuna Mohd Şərif Bosniya və Herseqovinanın Mostar şəhərindəki körpünün bunun bariz nümunəsi olduğunu vurğulayıb.

“UN-Habitat”ın icraçı direktoru Polşaya Ümumdünya Şəhər Forumunun xüsusi sessiyasında belə aktual mövzunun müzakirəsinə görə təşəkkür edib.

Xatırladaq ki, xüsusi sessiyada Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov da iştirak ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri