İyl
2022
15:15
288
16
1264
Virtual karabakh

Nazir: “Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq”

4 İyl, 2022
15:15
1264

Nazir: “Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün tikintisinə tezliklə başlanacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xudafərin” və “Qız qalası” hidroqovşaqları ilə su elektrik stansiyalarının tikintisi və iki ölkə arasında birgə istifadəsi gündəlikdə olan vacib məsələlərdəndir”.

APA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Əmir Hüseyn Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.

Ceyhun Bayramov bildirib ki, iranlı həmkarı ilə çox maraqlı və faydalı görüşü olub:

“Hesab edirəm ki, tarixi, mədəni və dini bağlara əsaslanan, ölkələrimiz arasında olan mehriban qonşuluq və dostluq münasibətlərinin mövcud mərhələdə daha da inkişaf etdirilməsi üçün səfərlər olduqca vacibdir. Görüşdə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq platformalarda əməkdaşlıq, eləcə də iqtisadi əlaqələrin inkişafı haqqında müzakirələr apardıq”.

Ceyhun Bayramov qeyd edib ki, 2021-ci ildə iki ölkənin iqtisadi əlaqələri 2020-ci illə müqayisədə 30 faiz artıb:

“2022-ci ilin ilk beş ayında ticarət dövriyyəsində 2021-ci ilin eyni dövrü ilə müqayisədə 18 faiz artım var. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Son illər ərzində həyata keçirilən və icra olunan layihələrə diqqətimiz davam etməlidir. Eyni zamanda, bir sıra yeni razılaşmalar həyata keçirilməyə başlanmalıdır ki, qarşılıqlı investisiyalar və iqtisadi əlaqələr daha da artırılsın. Müştərək avtomobil, avtomobillərin ehtiyat hissələrinin və kənd təsərrüfatı texnikasının istehsalı ilə yanaşı, bir sıra digər layihələrə də diqqət yetirilməlidir. “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisi və iki ölkə arasında birgə istifadəsi gündəlikdə olan vacib məsələlərdəndir”.

Nazir Şimal-Cənub Dəhlizi çərçivəsində Azərbaycan və İran Astarası arasında ən qısa zamanda dəmiryolu terminalının tikintisinin başa çatdırılacağını bildirib və qeyd edib ki, bununla bağlı bir sıra texniki sənədlər artıq hazırlanır.

Ceyhun Bayramov qeyd edib ki, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək layihə çərçivəsində artıq ilk körpü ilə bağlı texniki göstəricilər razılaşdırılıb və tezliklə körpünün tikintisinə başlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri