7 
İyl
2022
11:39
110
19
755
yuxarı
Nazir: “Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyası iclasın vaxtını razılaşdırmalıdır”
7 İyl, 2022
11:39
755
110
19
Nazir: “Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyası iclasın vaxtını razılaşdırmalıdır”
“Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının növbəti iclasını komissiyaların sədrləri razılaşdırmalıdır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ümumilikdə sərhədlərin delimitasiyası çətin və vaxt aparan prosesdir.
“Bir məqamı qeyd edim. Sərhəd Komissiyasının formalaşdırılmasından öncə Ermənistan şərt irəli sürürdü ki, qoşunlar sərhəd bölgəsindən geri çəkilsin. Amma Azərbaycan prinsipial mövqeyini ortaya qoydu və qoşunlar yerində qaldı”, - deyə o əlavə edib.
Nazir bildirib ki, Birgə Sərhəd Komissiyasının gələcək iclaslarına dair razılaşma əldə edildikdən sonra onun yeri də müəyyən ediləcək.
Aqşin Kərimov