18 
İyl
2022
14:59
312
72
2785
Virtual karabakh

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB

18 İyl, 2022
14:59
2785

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 18-də Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşılayıblar.

00:23

Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ-Azərbaycan əməkdaşlığını gücləndirmək üçün Bakıya səfər edəcəklər.

Bu barədə “Report”a Avropa Komissiyasından xəbər verilib.

“Rusiyanın enerji təchizatını silahlandırmaqda davam etdiyi bir şəraitdə bizim enerji idxalımızın şaxələndirilməsi Aİ üçün prioritet məsələdir. Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirmək üçün sabah Azərbaycanda olacaqlar”, - xəbərdə deyilir.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri