Avq
2022
12:29
301
3
1201
Virtual karabakh

Səfirlik: “Azərbaycan Cammu və Kəşmir probleminin sülh yolu ilə həllini dəstəkləyir” - FOTO

5 Avq, 2022
12:29
1201

Səfirlik: “Azərbaycan Cammu və Kəşmir probleminin sülh yolu ilə həllini dəstəkləyir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Cammu və Kəşmirlə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır”.

Bunu Azərbaycanın Pakistandakı səfirliyi “Twitter”də etdiyi paylaşımda bildirib.

Qeyd edək ki, Hindistan hökuməti 2019-cu il avqustun 5-də uzun illərdir mübahisə mövzusu olan Cammu və Kəşmirin xüsusi statusunu ləğv edərək, Hindistan federal hökumətinə tabe edib. Bu qərar ciddi etiraz doğurub, hətta Pakistanla Hindistan arasında sərhəddə toqquşmalara və qarşılıqlı olaraq iki tərəfin bir-birinin təyyarəsini vurmasına səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri